Sərxoş zabit avtomobili ilə qırıcını sıradan çıxarıb - Video
Tarix: 13-03-2021 11:31 | Bölmə: Cəmiyyət
Sərxoş zabit avtomobili ilə qırıcını sıradan çıxarıb

Ukrayna ordusunda xidmət edən zabit Kiyev şəhəri yaxınlığındakı Vasilkov hava bazasına daxil olub və bu zaman şəxsi avtomobili ilə MİQ-29 qırıcı təyyarə ilə toqquşub.

Reyting.az
xəbər verir ki, toqquşmadan sonra çıxan alov nəticəsində qırıcının motoru və zabitin avtomobili yanıb.

Rəsmilər qırıcının motoru və digər detallarının sıradan çıxdığını bildiriblər. Sərxoş zabitin avtomobili tamamilə yanıb, özü isə yüngül xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb. Zabitin hava bazasına şəxsi avtomobili ilə necə girməsinə dair izahat verilməyib.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq