Daha bir Qarabağ döyüşçüsünə vəzifə verilib
Tarix: 13-03-2021 15:56 | Bölmə: Cəmiyyət
Daha bir Qarabağ döyüşçüsünə vəzifə verilib

Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, bu vəzifəyə Vətən müharibəsi iştirakçısı Musayev Mahir Seyidağa oğlu təyin edilib.

Qeyd edək ki, M.Musayev erməni təxribatçılarına qarşı döyüş bölgələrində baş kəşfiyyatçı olaraq göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq