Tovuzda kişi özünün və oğlunun evini yandırıb
Tarix: 13-03-2021 16:08 | Bölmə: Cəmiyyət
Tovuzda kişi özünün və oğlunun evini yandırıb

Tovuzda kişi özünün və oğlunun evini yandırıb.

Məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində Razim Səmədov ailə münaqişəsi zəminində əvvəlcə öz evinə, daha sonra oğlu Elçin Səmədovun evinə od vurub.

Bundan sonra isə həyətdəki yardımçı tikililəri də yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb, yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq