Media və QHT rəhbərləri Ağdam Dram Teatrında olublar, məscidi ziyarət ediblər
Tarix: 13-03-2021 16:54 | Bölmə: Cəmiyyət
Media və QHT rəhbərləri Ağdam Dram Teatrında olublar, məscidi ziyarət ediblər

Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.

Məlumata görə, hazırda Ağdam şəhərində olan nümayəndə heyəti Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər, teatrın erməni vandalları tərəfindən dağıdılan binasının qalıqlarına baxıblar.

Media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar daha sonra Ağdam Cümə məscidini ziyarət ediblər və dualar oxuyublar/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq