Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib
Tarix: 14-03-2021 17:58 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) 13 mart 2021-ci il tarixində SAT və TOEFL iBT imtahanları keçirilib.

DİM-dən Reyting.az-a verilən məlumata görə, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir.

Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək.

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar:

http://dim.gov.az/activities/exams/sat/ My Webpage

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/ My Webpage




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq