Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verib
Tarix: 14-03-2021 20:53 | Bölmə: Cəmiyyət
Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verib

Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

Bu barədə “News.am”a onun vəkili Artur Daşyan bildirib.

O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.

Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq