Tibb Universitetində tələbələr arasında kütləvi yoluxma var? - Açıqlama
Tarix: 15-03-2021 16:12 | Bölmə: Cəmiyyət
Tibb Universitetində tələbələr arasında kütləvi yoluxma var? - Açıqlama

Azərbaycan Tibb Universiteti tədris ocağında koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara reaksiya verib.

ATU-dan verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur: "İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür"




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq