Bakıda kriminal avtoritetə hökm oxunub
Tarix: 15-03-2021 17:53 | Bölmə: Cəmiyyət
Bakıda kriminal avtoritetə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Əhməd Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Ərəbovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə etmə) maddəsinə tövsif edilib və barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Ə. Ərəbov bundan əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə "Kürd Amo" ləqəbi ilə tanınıb.

"Kürd Amo" məhrum "Lotu Quli"nin yaxın adamı olub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq