Bu gün İlaxır çərşənbədir
Tarix: 16-03-2021 00:18 | Bölmə: Cəmiyyət
Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd edilir.

Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişindən xəbər verir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa sevgi var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

İlaxır çərşənbəniz mübarək!

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq