I sinfə şagird qəbulu başlayır
Tarix: 16-03-2021 11:09 | Bölmə: Cəmiyyət
I sinfə şagird qəbulu başlayır

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq