Nazir, MİA-nın rəhbəri və jurnalistlər agacəkmə aksiyasında iştirak ediblər - Fotolar
Tarix: 16-03-2021 15:06 | Bölmə: Cəmiyyət
Nazir, MİA-nın rəhbəri və jurnalistlər agacəkmə aksiyasında iştirak ediblər

Səbail rayonunda, Jurnalist şəhərciyində agacəkmə aksiyası keçirilib.

Reyting.az
xəbər verir ki, jurnalistlərin yaşadığı binanın həyətində keçirilən aksiya Medianın İnkişafı Agentliyi (MİA) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü nəticəsində reallaşıb.

Tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da iştirak edib.

Torpaq çərşənbəsi günü təbiətə töhfə vermək naminə şəhərciyin həyətinə 400-ə yaxın ağac əkilib.

Eyni zamanda öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə əlavə meyvə tingləri də verilib.

Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.









Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq