23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Azərbaycan vətəndaşları bu tarixdən şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcək
Tarix: 16-03-2021 15:54 | Bölmə: Cəmiyyət
Azərbaycan vətəndaşları bu tarixdən şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcək

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

Məlumata görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib/Report.




Bölməyə aid digər xəbərlər