"Baktelecom"un baş direktoru vəzifədən çıxarılıb
Tarix: 16-03-2021 17:40 | Bölmə: Cəmiyyət
"Baktelecom"un baş direktoru vəzifədən çıxarılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelecom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.


Bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.

“Baktelecom”dan xəbəri “Report”a təsdiq ediblər.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq