DİN: "Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb"
Tarix: 17-03-2021 11:24 | Bölmə: Cəmiyyət
DİN: "Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb"

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq