Bakıda ailəsini qumbara ilə öldürmək istəyən şəxs tutulub
Tarix: 17-03-2021 11:33 | Bölmə: Cəmiyyət
Bakıda ailəsini qumbara ilə öldürmək istəyən şəxs tutulub

Bakıda ailəsini qumbara ilə öldürmək istəyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, martın 15-də saat 23.20-də DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq