Azərbaycan məktəbliləri olimpiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
Tarix: 17-03-2021 15:42 | Bölmə: Cəmiyyət
Azərbaycan məktəbliləri olimpiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası təşkil edilib.

Reyting.az
xəbər verir ki, qaydalara əsasən, olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları olmaqla 2 müxtəlif liqalar üzrə 8 nəfərdən ibarət komanda təmsil edib.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq