Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər
Tarix: 17-03-2021 16:24 | Bölmə: Cəmiyyət
Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər

“Hər bir infeksion xəstəlik zamanı risk qrupları olur, Vaksinasiya Strategiyasında bu risk qrupları müəyyənləşib”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, həmin şəxslərdə yoluxma olduğu halda xəstəliyi ağır keçirirlər və ölüm halları olur: “Buna görə ilk növbədə həmin şəxslərə peyvənd vurulur. Aşağı yaşlarda olan şəxslər də xəstəliyi ağır keçirə bilər. Amma belə hallar az olur. Ona görə ilk olaraq həssas qruplar vaksinasiyadan keçir. Amma təbii ki, digər insanlar da vaksinasiyadan keçəcəklər. Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq