Ənvər Çingizoğlunun xaricdə 20-ci kitabı nəşr olunub - Foto
Tarix: 17-03-2021 23:47 | Bölmə: Cəmiyyət
Ənvər Çingizoğlunun xaricdə 20-ci kitabı nəşr olunub

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun xarici ölkələrdə 20-ci kitabı işıq üzü görüb. Bu barədə Reyting.az-a Ə. Çingizoğlu məlumat verib.

Onun sözlərinə görə, bu dəfə Təbrizin "Anas" nəşriyyatında "Maku xanlığı" kitabı 600 tirajla nəşr olunub. Ə. Çingizoğlu bildirib ki, güneyli qardaşlarımız bu kitab vasitəsilə öz tarixlərinə vaqif olacaqlar.

Ənvər Çingizoğlu kitabın ərsəyə gəlməsinə görə tarixçi dostu Məhəmmədrza İsmayılzadəyə təşəkkkür etməyi də unutmayıb.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq