23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Zakir Həsənov hərbi aviasiyanın imkanlarının artırılması ilə tapşırıqlar verib
Tarix: 18-03-2021 14:49 | Bölmə: Cəmiyyət
Zakir Həsənov hərbi aviasiyanın imkanlarının artırılması ilə tapşırıqlar verib

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, müdafiə nazirinə müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasının təmin ediləcəyi ilə bağlı məruzə edilib.

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.




Bölməyə aid digər xəbərlər