Azərbaycanda "Britaniya ştammı"na yoluxanlardan ikisi kişi, biri qadındır
Tarix: 18-03-2021 16:10 | Bölmə: Cəmiyyət
Azərbaycanda "Britaniya ştammı"na yoluxanlardan ikisi kişi, biri qadındır

İndiyədək Azərbaycanda “COVID 19”-un "Britaniya ştammı"na və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq