Nazir X-XI sinif şagirdlərinin məktəbə nə zaman gedəcəyinə aydınlıq gətirib
Tarix: 18-03-2021 17:25 | Bölmə: Cəmiyyət
Nazir X-XI sinif şagirdlərinin məktəbə nə zaman gedəcəyinə aydınlıq gətirib

“X-XI siniflərin dərslərinin məktəbdə əyani formada bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayıb. Rəsmi verilən qərarlarla həyatınızı planlaşdırın”/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq