Təhsil naziri: “Məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam”
Tarix: 18-03-2021 17:34 | Bölmə: Cəmiyyət
Təhsil naziri: “Məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam”

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı çox köklü və əsaslı müzakirələr aparmalıyıq”.

Reyting.az
-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda deyib.

Nazir bildirib ki, pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb: “Növbəti illərdən bu prosesin bütün məktəbləri əhatə etməsi planlaşdırılır. Qiymətləndirmənin iki mənası var, biri uşağa harada olmasını göstərmək və boşluqları müəyyən edib onu doldurmaq. Sonda uşağın gündəliyində 2, 3, 4, 5 yazılması deyil, onun bacarıqlarının düzgün qiymətləndirilməsi çox vacibdir. Valideynlər də məktəbdən bu tip tövsiyələr tələb etməlidir, nəinki 10 baldan 8 yığıb, yoxsa 9.

Qiymətləndirmə ilə bağlı kifayət qədər mürəkkəb məsələlər var, amma ümumən düşünürəm ki, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət götürülməlidir. Mən məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam. Amma bunu yenə də ictimai qaydada müzakirə etməliyik”.

Nazir deyib ki, buraxılış imtahanlarının məzmunu da olduqca vacibdir: “İmtahanların məzmunu bizi maraqlandıran məsələ olmalıdır. Biz imtahanlarla bağlı DİM-lə çox sıx işləyirik. Çalışırıq ki, təhsilin məzmunu ilə imtahanlar arasında uyğunluq olsun”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq