Hüquq müdafiəçisi: “Əfv siyahısı ilə bağlı araşdırma aparırıq”
Tarix: 18-03-2021 17:46 | Bölmə: Cəmiyyət
Hüquq müdafiəçisi: “Əfv siyahısı ilə bağlı araşdırma aparırıq”

“Hazırda biz prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamındakı siyahıları araşdırırıq. Sözsüz ki, verilən əfv sərəncamı hər bir cəmiyyət üçün müsbət hadisədir, yüzlərlə məhkuma cəmiyyətə qayıtmaq və ailəsi ilə birlikdə yaşamaq şansı tanıyır. Ümid edirəm ki, prezidentin humanist addımı nəticəsində azad edilən insanlar bu şansı qiymətləndirəcəklər”.

Bunu Reyting.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladağı əfv sərəncamından danışarkən deyib.

Hüquq müdafiəçisi əlavə edib ki, əfvə düşənlər arasında onların Əfv Komissiyasına təqdim etdiyi bir neçə nəfərin də adı var:

“Bizim siyahımızda olan iki AXCP üzvü azad edilib. Eləcədə Nardaran işinə görə həbs olunan 3 nəfərin adı əfv siyahısına salınıb. 14-15 iyun mitinqi zamanı saxlanılan bir AXCP üzvü də əfvə düşüb. Hazırda siyahı ilə bağlı araşdırmamız davam edir”.

S. Qocamanlı bildirib ki, bu gün verilən əfvlə bir neçə yüz nəfər azadlığa buraxılıb:

“Söhbət böyük bir siyahıdan gedir. Bu insanların hamısı qarşıdan gələn Novruz bayramını öz ailəsi ilə birlikdə keçirəcək. Əfv sərəncamının verilməsi sevindirici və müsbət hadisədir.

Yüzlərlə insan azad olunub, ömürlük məhbusların bəzilərinin cəzası 25 illə əvəzlənib, şərti cəza alan məhkumlar arasında da azadlığa çıxanlar olacaq. Eləcədə əfv islah işlərinə məhkum edilənlər və cərimə cəzası alanların da bir hissəsini əhatə edib. Böyük bir siyahıdan bəhs edirik və belə humanist addımların atılmasını dəstəkləyirik”.

Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, ilkin baxış zamanı əfv siyahısında jurnalistlərin adına rast gəlməyib: “Siyahı böyükdür, biz hazırda onu araşdırırıq. Bununla belə, bu sonuncu siyahı deyil. Hesab edirəm ki, işləri davam etdirmək lazımdır. Biz Əfv Komissiyası ilə işləməkdə davam edəcəyik”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq