Daha bir COVID-19 xəstəsinə cinayət işi açılıb
Tarix: 19-03-2021 11:29 | Bölmə: Cəmiyyət
Daha bir COVID-19 xəstəsinə cinayət işi açılıb

Hacıqabulda COVID-19-a yoluxan şəxs barəsində cinayət işi açılıb.

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və TƏBİB “Hacıqabul rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin həkim briqadası ilə birgə COVID-19 virusuna yoluxan və evdə müalicə alan şəxslərin evlərinə reyd keçirdiyi zaman müalicəyə götürülən Hacıqabul sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun evdə olmadığı müəyyənləşib.

Hacıqabul RPŞ tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimini pozduğuna görə və xəstəliyin digər şəxslərə yoluxmasına real təhlükə yaratdığına görə həmin şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq