Rusiyanın dörd universitetinin diplomları Azərbaycanda tanınmır - Siyahı
Tarix: 19-03-2021 12:54 | Bölmə: Cəmiyyət
Rusiyanın dörd universitetinin diplomları Azərbaycanda tanınmır

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 şəxsin diplomu ölkə ərazisində tanınmayıb.

Agentlikdən Reyting.az-a verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin filiallarına məxsusdur:

- Dağıstan Dövlət Universiteti;

- Cənubi Rusiya Humanitar İnstitutu;

- Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

- Rusiya Dövlət Sosial Universiteti.

Yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

- V. Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

- İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşlara Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) My Webpage "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq