İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Tarix: 19-03-2021 14:09 | Bölmə: Cəmiyyət
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində işğaldan azad olunmuş Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq