Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
Tarix: 19-03-2021 14:41 | Bölmə: Cəmiyyət
Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib

"Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək. Bu il onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub".

Reyting.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində deyib.

Tədbirdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də iştirak edib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq