Məktəb direktoru və müavini cəzalandırılıb - Şagirdin döyülməsinə görə
Tarix: 19-03-2021 15:00 | Bölmə: Cəmiyyət
Məktəb direktoru və müavini cəzalandırılıb - Şagirdin döyülməsinə görə

Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.

Təhsil Nazirliyindən bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.

Bundan başqa, direktora töhmət verilib.

Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq