15 hərbçinin meyitinin qalıqları Ermənistana verilib
Tarix: 19-03-2021 18:58 | Bölmə: Cəmiyyət
15 hərbçinin meyitinin qalıqları Ermənistana verilib

Qarabağdakı müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilir ki, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb.

Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq