“Azəriqaz”da dəyişiklik: yeni təyinatlar olub - Fotolar
Tarix: 20-03-2021 00:17 | Bölmə: Cəmiyyət
“Azəriqaz”da dəyişiklik: yeni təyinatlar olub

“Azəriqaz” İstehsalat Birliyində struktur dəyişikliyi edilib. Məlumata görə, “Azəriqaz”da baş direktorun satış və istismar üzrə müavini vəzifəsi bazasında baş direktorun satış üzrə müavini və baş direktorun istismar üzrə müavini vəzifələri yaradılıb.

Reyting.az
xəbər verir ki, baş direktorun satış üzrə müavini vəzifəsinə Rəşad Mübariz oğlu Cavadov, baş direktorun istismar üzrə müavini vəzifəsinə isə Cahid Əlisəf oğlu Hüseynov təyin edilib.

Xatırladaq ki, Cahid Hüseynov bu təyinata qədər baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb. Rəşad Cavadov isə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi olub.

Qeyd olunur ki, satış və istismar hər biri ayrı-ayrılıqda kifayət qədər ağır sahələrdir. Bundan başqa, bir-birindən idarəetmə, nəzarət baxımından fərqli münasibət tələb edir. Bir rəhbər şəxsin üzərində iki sahənin yükünün olması isə işin səmərəli təşkilində müəyyən çətinliklər yaradırdı. Bu struktur dəyişikliyi satış və istismar sahəsində görüləcək işlərin keyfiyyətini artıra bilər.(Modern.az)


R.Cavadov


C.Hüseynov




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq