Yevlaxda ağır qəza: 7 nəfər yaralanıb
Tarix: 20-03-2021 16:40 | Bölmə: Cəmiyyət
Yevlaxda ağır qəza: 7 nəfər yaralanıb

Yevlaxda ağır yol qəzası olub.

Hadisə az öncə Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər/APA.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq