Qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub - Fotolar
Tarix: 22-03-2021 11:06 | Bölmə: Cəmiyyət
Qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E. Məmmədov ona fiziki güc tətbiq edərək cibindəki pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E. Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq