Abşeronda külək dam örtüyünü elektrik xətlərinin üstünə aşırıb
Tarix: 23-03-2021 13:00 | Bölmə: Cəmiyyət
Abşeronda külək dam örtüyünü elektrik xətlərinin üstünə aşırıb

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

Məlumata görə, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü aşırıb.

Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.

"Azərişıq"dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq