Sumqayıtda idman zalının sahibi və 17 nəfər cərimələnib
Tarix: 24-03-2021 13:39 | Bölmə: Cəmiyyət
Sumqayıtda idman zalının sahibi və 17 nəfər cərimələnib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Reyting.az
DİN-ə istinadla bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən 3-cü məhəllənin ərazisində yerləşən idman trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq