Baş infeksionist: “Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”
Tarix: 24-03-2021 16:20 | Bölmə: Cəmiyyət
Baş infeksionist: “Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”

“Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.

Bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o ənənəvi üsullarla hazırlanıb”.

T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq