23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Qaxa dolu yağıb
Tarix: 24-03-2021 17:41 | Bölmə: Cəmiyyət
Qaxa dolu yağıb

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

Məlumata görə, rayonun İlisu kəndinə dolu yağıb.

Təxminən 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.




Bölməyə aid digər xəbərlər