Deputatlara koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub
Tarix: 25-03-2021 12:53 | Bölmə: Cəmiyyət
Deputatlara koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub

Milli Məclisin deputatlarının koronavirusa qarşı vaksinasiya prosesi davam edir.

Məlumatına görə, bəzi deputatlara bu gün koronavirusa (COVİD-19) qarşı vaksinin ikinci dozası vurulub.

Bu barədə deputatlar sosial şəbəkə hesablarında məlumat paylaşıblar.

Qeyd edək ki, deputatlarının koronavirusa (COVİD-19) qarşı vaksinasiyasının ikinci mərhələsinə martın 22-də start verilib.

Fevralın 22-dən isə deputatlara peyvəndin birinci dozasının vurulmasına başlanılıb.

Peyvəndin ikinci dozası birinci dozanın vurulmasından 28 gün keçdikdən sonra vurulmalıdır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq