Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırılıb
Tarix: 25-03-2021 14:23 | Bölmə: Cəmiyyət
Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilən icazələri geri çağırıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 23-də qurumun iclası keçirilib. İclasın nəticəsində aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib.

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırıb. Bu cür qərar "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Agentlik "Red Wings" aviaşirkətin müraciəti əsasında da oxşar qərar çıxarıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq