Ana özünü asan 17 yaşlı oğlunu son anda xilas edib
Tarix: 25-03-2021 18:10 | Bölmə: Cəmiyyət
Ana özünü asan 17 yaşlı oğlunu son anda xilas edib

Göyçay rayonunda intihara cəhd olub.

Məlumata görə, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq