Azərbaycanda ərəblər nadir quş növlərini ovlayıblar
Tarix: 25-03-2021 20:07 | Bölmə: Cəmiyyət
Azərbaycanda ərəblər nadir quş növlərini ovlayıblar

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq