Uşaqlar üçün koronavirus əleyhinə vaksin növbəti tədris ilinədək hazırlanacaq
Tarix: 26-03-2021 11:20 | Bölmə: Cəmiyyət
Uşaqlar üçün koronavirus əleyhinə vaksin növbəti tədris ilinədək hazırlanacaq

"Pfizer" 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.

CNN-nin xəbərinə görə, bu barədə "Pfizer"in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber bildirib.

Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və təhlükəsizliklə bağlı məlumatlar ictimaiyyətlə paylaşılacaq.

Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım olacaq.(APA)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq