Silahla ehtiyatsız davranan iş adamı həyatını itirib - Türkiyədə
Tarix: 26-03-2021 16:50 | Bölmə: Cəmiyyət
Silahla ehtiyatsız davranan iş adamı həyatını itirib

Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

Unikal.org xəbər verir ki, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.

Şahidlərin ilkin ifadəsinə görə, N. Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun baş nayihəsindən dəyib. Nəticədə N. Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.

Ağır yaralanan N. Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq