23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
ÜST-dən növbəti xəbərdarlıq: “Pandemiyanın kəskin mərhələsindəyik”
Tarix: 26-03-2021 23:57 | Bölmə: Cəmiyyət
ÜST-dən növbəti xəbərdarlıq: “Pandemiyanın kəskin mərhələsindəyik”

“Koronavirusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyətlər proqramının texniki rəhbəri Mariya Van Kerkhove deyib.

V. Kerkhove brifinq zamanı ÜST tərəfindən COVID-19-un üçüncü dalğasının qeydə alınıb-alınmamasına dair sualı cavablandırarkən bildirib ki, dünyada koronavirus infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.

Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artımın müşahidə olduğunu xatırladan ÜST nümayəndəsi insanları qarşıdan gələn bayramlarda (aprelin əvvəllərində Avropada Pasxa qeyd olunur) xüsusən diqqətli olmağa çağırıb.




Bölməyə aid digər xəbərlər