23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Bakıda daha bir liseydə dərslər bağlanır - Koronavirusa görə
Tarix: 29-03-2021 10:47 | Bölmə: Cəmiyyət
Bakıda daha bir liseydə dərslər bağlanır - Koronavirusa görə

Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir.

Məlumata görə, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı məlumat verilib.

Liseyin direktoru Nasim Abışov isə “Report”a açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib: “Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.




Bölməyə aid digər xəbərlər