23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Daha bir orta məktəb COVID-19 səbəbindən bağlanıb
Tarix: 29-03-2021 13:40 | Bölmə: Cəmiyyət
Daha bir orta məktəb COVID-19 səbəbindən bağlanıb

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.

Məlumata görə, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır/Report.




Bölməyə aid digər xəbərlər