Yaşayış yerini tərk edən COVİD xəstələri saxlanılıb
Tarix: 29-03-2021 13:59 | Bölmə: Cəmiyyət
Yaşayış yerini tərk edən COVİD xəstələri saxlanılıb

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan tədbirlərlə martın 27-də və 28-də Hacıqabul və Zaqatala Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıblar.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq