BŞTİ əyani tədrisin dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib
Tarix: 30-03-2021 23:26 | Bölmə: Cəmiyyət
BŞTİ əyani tədrisin dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Reyting.az
xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, yanlış məlumat yayanların yeni cəhdləri də əvvəlkilərdən fərqlənmir: "Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumatlar yaymaqla çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar".

Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada keçiriləcəyi iddia edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq