Zaqatalada məclis təşkil edənlər cərimələnib
Tarix: 31-03-2021 12:15 | Bölmə: Cəmiyyət
Zaqatalada məclis təşkil edənlər cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, polis tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq