Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb
Tarix: 31-03-2021 13:28 | Bölmə: Cəmiyyət
Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb

Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq