23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
“Məktəb inspektoru” olmaq istəyən 72 nəfərdən 47-si keçid balını toplaya bilməyib
Tarix: 31-03-2021 14:27 | Bölmə: Cəmiyyət
“Məktəb inspektoru” olmaq istəyən 72 nəfərdən 47-si keçid balını toplaya bilməyib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

Agentlikdən Reytiing.az-a verilən məlumata görə, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib.

Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub. 1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.

İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.




Bölməyə aid digər xəbərlər